15 
Okt
2019
16:12
20
277
4545
Virtual karabakh

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

15 Okt, 2019
16:12
4545

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir.

Oxu.Az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur:

“Dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyata alınıb. Son illərdə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb.

Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir”.

Araz Manuçəri bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər:

“Psixotrop dərmanlar apteklərdə üç möhürlü respetlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən həmin dərmanlar “qara bazar”a çıxarılıb. Məktəblərdə bu tipli psixotrop dərmanlardan istifadə edirlər.

“Qara bazar”da haradansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Həmin dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri