15 
Okt
2019
16:43
32
369
10041
Virtual karabakh

Azərbaycanda dəhşət: Ər dörd uşaq anasına dözülməz işgəncələr verdi

15 Okt, 2019
16:43
10041

Azərbaycanda dəhşət: Ər dörd uşaq anasına dözülməz işgəncələr verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda daha bir qadın döyülüb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Solquca kəndində qeydə alınıb. 

Belə ki, 44 yaşlı Xalidə Eyvazova həyat yoldaşı, 45 yaşlı Eyvaz Dəmirov tərəfindən döyülüb. Yaralı qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəstəxanadan bildirilib ki, qadın uzun müddət işgəncəyə məruz qalıb. Onun bədənində qançır, yanıq və çapıq izləri var.  

Solquca Bələdiyyəsindən Oxu.Az-a bildiriblər ki, onların ailəsində həmişə davalar olub.

E.Dəmirov psixoloji problemlidir. Buna görə də, ailədə tez-tez münaqişə baş verir.

Qeyd edək ki, X.Eyvazovanın dörd uşağı var. Qızı nişanlıdır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri