15 
Okt
2019
23:22
20
323
6265
Virtual karabakh

Yasamalda 3 nəfər qırılan ağacın altında qalıb - YENİLƏNİB + FOTO

15 Okt, 2019
23:22
6265

Yasamalda 3 nəfər qırılan ağacın altında qalıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda ağacın budağının aşması nəticəsində xəsarət alan üç nəfərdən ikisinin kimliyi məlum olub.

Hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib. Ağacın iri budağı qırılaraq dayanacaqda olan 3 nəfərin üzərinə düşüb. Bu zaman 1952-ci il təvəllüdlü Məmmədova Sərfinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər xəsarət alıb.

Hər üç yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Hadisə yerində olan əməkdaşlarımızın verdiyi məlumata görə, yaxınlıqda olan digər ağacın budağı da qırılaraq dayanacağın yaxınlığına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

21:08

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub.

Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

 
 
 
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri