16 
Okt
2019
10:05
300
69
58756
Virtual karabakh

Avtomobili olanlara şad xəbər - AZƏRBAYCANDA İLK

16 Okt, 2019
10:05
58756

Avtomobili olanlara şad xəbər - AZƏRBAYCANDA İLK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi “App store”dən və ya “Play market” pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

“Bu mobil tətbiq vasitəsilə yaxınlıqda olan notariusu da tapa bilərsiniz. Hətta onlayn formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiniz. Ondan başqa, rəsmiləşdirmək istədiyiniz əməliyyat, ödənişi kimlər iştirak etməlidir, hansı sənədlərin tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq”, - deyə Ağakərim Səmədzadə bildirib.

Yeni mobil tətbiq oktyabrın sonu-noyabrın əvvəlində işə düşəcək:

“Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə etməklə 24 saat ərzində istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik”, - deyə dövlət rəsmisi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri