16 
Okt
2019
11:05
24
42
3094
Virtual karabakh

“Modern Hospital”ın dəstəyi ilə Diabetik Pəncə Günü elmi-praktiki konfransı keçirildi - FOTO

16 Okt, 2019
11:05
3094

“Modern Hospital”ın dəstəyi ilə Diabetik Pəncə Günü elmi-praktiki konfransı keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 12-də “Modern Hospital”ın dəstəyi ilə ölkəmizdə artıq III dəfə təşkil olunan Diabetik Pəncə Günü elmi-praktiki konfransı keçirilib.

Konfransda 400-ə yaxın bu sahə ilə maraqllanan tibb əməkdaşları iştirak edib. Builki tədbirdə öncəki illərdən fərqli olaraq, yalnız həkimlər deyil, eyni zamanda, tibb işçilərinin maarifləndirilməsi istiqamətində də elmi praktiki kurs keçirilib.

“Modern Hospital”ın baş həkimi Taryel Ömərov bildirib ki, “Tədbirin əsas məqsədlərindən biri dinləyicilərimizə əsrin bəlası olan şəkərli diabet və bu xəstəliyin ən böyük ağırlaşmalarından olan diabetik ayaq probleminə multidisiplinar yanaşmanın mütləqliyini aşılamaqdır.

Bu cür xəstələrin üçündən birində periferik orqanlardan hər hansı biri və ya hər ikisi, yaxud pəncə itirmiş olur. Ona görə də bu cür nəticələrin qarşısını almaq üçün şəkərli diabet və diabetik ayaq xəstəliyinə multidisiplinar yanaşma lazımdır.

Bu məqsədlə “Modern Hospital”da 2014cü ildən “Diabetik Pəncə Mərkəzi” fəaliyyət göstərir. Bu mərkəzin sayəsində pasiyentlərdə dərinləşmiş yaraların sağalmasında, onların həyat keyfiyyətinin artmasında  müsbət nəticələr müşahidə olunur”.

“Modern Hospital”ın “Diabetik Pəncə Mərkəzi”nin rəhbəri və həkim endokrinoloqu Gülay Həsənqızı bildirib ki, hazırda dünyada 400 milyona yaxın insan diabet xəstəliyindən əziyyət çəkir və 2040-cı ildə bu göstəricinin 600 milyondan çox olacağı qeyd olunur.

Şəkərli diabet xəstələrində ölüm səbəbi daha çox diabetik ayaqlarla bağlıdır. Dünyada hər 6 saniyədən bir bu bəlaya düçar olan insan dünyasını dəyişir və hər 30 saniyədən bir şəkərli diabetik xəstəsinin ayağının böyük major amputasiyası olunur. Bu qorxunc rəqəmlər dünya statistikasıdır”.

G.Həsənqızı qeyd edib ki, şəkərli diabet xəstələrinin başlıca problemi yoluxduqları xəstəlik barədə kifayət qədər məlumata malik olmamalıdır. Onun sözlərinə əsasən, yalnız xəstə təlimli olmaqla amputasiyaların qarşısı 75%-ə qədər alına bilər. Yəni ayağa düzgün qulluq olduqda, şəkəri düzgün kontrol etdikdə amputasiyadan yayınmaq olar.

Tədbirin beynəlxalq spikerləri prof.dr.Tamer Tetiker, prof.dr.Behice Kurtaran, prof.dr.Erol Kesiktaş da tədbir haqqında müsbət fikirlərini bildirmişlər

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri