17 
Okt
2019
23:18
94
36
3936
Virtual karabakh

Məktəblərdə ali məktəblərə hazırlıq qrupları təşkil ediləcək?

17 Okt, 2019
23:18
3936

Məktəblərdə ali məktəblərə hazırlıq qrupları təşkil ediləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər olunmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər. 

Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. 

Nazir qeyd edib ki, qanunvericiliyə əsasən, hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur:

“Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr möhlət hüququ qazanırlar”. 

C.Bayramov hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: “Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil.

Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün artıq təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir”.

İlhamə Əbülfət

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri