20 
Okt
2019
03:44
18
180
4307
Virtual karabakh

Bakıda ötmə əməliyyatını pozan sürücü qəza törədib - FOTO

20 Okt, 2019
03:44
4307

Bakıda ötmə əməliyyatını pozan sürücü qəza törədib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Əhməd Mehbalıyev küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Məlum olub ki, sürücü Rasim Ağayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə M.Fətəliyev küçəsinə dönürmüş, bu vaxt Ə.Mehbalıyev küçəsində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü də ötmə əməliyyatı edib. Nəticədə "Mercedes" dönən nəqliyyat vasitəsinə çırpılıb, daha sonra isə yol nişanı və ağaca dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri