18 
Okt
2019
13:26
180
31
3493
Virtual karabakh

Deputatdan küçəyə atılan körpə ilə bağlı sərt reaksiya: İnsanlar var ki, həsrətdirlər

18 Okt, 2019
13:26
3493

Deputatdan küçəyə atılan körpə ilə bağlı sərt reaksiya: İnsanlar var ki, həsrətdirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər bu uşağı valideynləri atıbsa, onlar ağır şəkildə cəzalandrılmalıdır

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində birgünlük oğlan uşağının küçəyə atılmasına münasibət bildirərkən deyib. O, bu hərəkəti edən şəxs və ya şəxsləri vicdansız adlandırıb:

“Mən bu məlumatı oxuyub dəhşətə gəldim. Bu, insanlığa sığmayan bir addımdır. Düzdür, biz hələ bilmirik ki, uşağı atan valideynləridir, yoxsa məsələnin içərisində başqa məqamlar var. Amma hər bir halda bu qanun pozuntusudur.

İnsanlar var ki, o körpəyə həsrətdirlər. Övlad sahibi olmaq üçün nə qədər əziyyət çəkirlər. Hər halda hüquq-mühafizə orqanları məsələni araşdırır. Nəticəni gözləyək, görək bu hadisəni kim törədib. Bu hadisəyə qarşı səssiz qalmaq olmaz.  Mülki Məcəllədə də bununa bağlı müvafiq qanun var. Əminəm ki, bunu edənlər öz layiqli cəzalarını alacaqlar”.

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib. Səhiyyə Nazirliyi hazırda uşağın vəziyyətinin ağır olduğunu bildiriblər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri