18 
Okt
2019
23:56
16
211
3342
Virtual karabakh

Zabratda “Opel” 64 yaşlı qadını vurub öldürdü

18 Okt, 2019
23:56
3342

Zabratda “Opel” 64 yaşlı qadını vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.  

Oxu.Az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində, “Seyid” marketin yaxınlığında qeydə alınıb.  

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova Esminaz Xudayar qızı mağazanın yaxınlığında yolu keçmək istəyərkən onu 62-BK-580 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobili vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri