19 
Okt
2019
13:18
84
63
4062
Virtual karabakh

İstirahət günü hava yağmurlu olacaq

19 Okt, 2019
13:18
4062

İstirahət günü hava yağmurlu olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 20-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Gündüz dəyişkən buludlu, yağmursuz. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri