19 
Okt
2019
19:22
85
104
3524
Virtual karabakh

Bakıda dron yarışması keçirildi - FOTO

19 Okt, 2019
19:22
3524

Bakıda dron yarışması keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı keçirilib. Festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradılıb, gənc nəslin dron və robotlarla ilkin tanışlığı, ümumilikdə robototexnika sahəsi üzrə maarifləndirilmə məqsədi ilə müxtəlif təlimlər keçirilib, robot şouları nümayiş olunub.

“Dron”, “Robofutbol” və “Robosumo” yarışları uşaqların böyük marağına səbəb olub. Əyləncə zonasında isə “Formula-1”in avtomobil simulyatorları yerləşdirilib.

Həmçinin “Roboday” festivalı çərçivəsində gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat verilib.

Festivalı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları, müxtəlif məktəblərin şagirdləri, uşaq evlərinin sakinləri ziyarət ediblər.

Festival Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri