19 
Okt
2019
21:11
10
134
2743
Virtual karabakh

Bərdədə yolu keçmək istəyən qadını avtomobil vurub

19 Okt, 2019
21:11
2743

Bərdədə yolu keçmək istəyən qadını avtomobil vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə avtomobil piyadanı vurub.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə rayon Gərənə kəndində baş verib. Belə ki, yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinova Şöylə Haqverdi qızını "Mercedes" markalı minik avtomobili vurub.

Xəsarət alan Ş.Hüseyinova Təcili Tibbi Yardım Briqadasının köməkliyilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri