20 
Okt
2019
11:05
70
61
3392
Virtual karabakh

Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı

20 Okt, 2019
11:05
3392

Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə paytaxt Bakıda və bölgələrdə iki yanğın hadisəsi qeydə alınıb. 

FHN-dən Oxu.Az-a verilən məlumata görə, Qobustan rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, dörd otaqlı evdə yanğın olub. 

Nəticədə evin bir otağının və dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.  

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb. 

Bakı şəhərinin Nəsimi rayonunda isə ümumi sahəsi 100 m² olan taxtadan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.  

Tikilinin qalan hissəsi və içərisinə yığılan oksigen balonları yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri