20 
Okt
2019
12:05
112
740
30544
Virtual karabakh

“Fuflolar”

20 Okt, 2019
12:05
30544

“Fuflolar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır... 

Deməli, Bəxtiyar Rzayev adında bir dümsüy guya “prorab” işləyirdi. Ona buna ata-ata oğurluq edirdi. Ev yiyəsindən pulu alırdı ustaya iş gördürürdü, ustaya pul vermirdi. Usta da işi atıb gedirdi. O qədər adama atdı ki, gördü yox e, vəziyyət çox pisdir. Başladı stadionlarda keçirilən “mitinqlərə” getməyə. Üç-beş şəkil çəkdirib, arvad-uşağı atıb, qaçdı Kanadaya. Adı da oldu “siyasi fəal”.  

İndi də oturub Kanadada burdakılara ağıl öyrədir. Deyir, qorxmayın çıxın küçələrə, qanunsuz hoqqa çıxarın, sonra da sizi həbs edəndə var gücünüzlə çığırın. Tumanınızı çəkin başınıza, hay-küy salın. Yalandan yıxılın yerə, guya ürəyiniz gedib və s. Mütləq hər rakursdan fotolar çəkdirin. Sonra da mən sizə kömək edəcəm, köçəcəksiz Kanadaya. Bəy balası kimi yaşayacaqsız. Təbii ki, Bəxtiyarın da öz “dolyası” var. Belə də ki, canları cəhənnəmə, alan razı, satan razı.  

Xəbərdarlıq

Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Qaradağ rayon ərazisində mitinqin keçiriləməsi üçün münasib yer ayrılmışdı. Mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilmişdi.  

Bir daha qeyd olunub ki, Metropolitenin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantı olmaz! Bu, qanunla qadağandır.  

“Hamını aldadıb, uşaqdakı fərasətə bax!”  

Xaricdə “siyasi fəal” adıyla yaxşı pul qazananlar var. Açığı, bir iş də görmək lazım deyil. Oturur monitor arxasında, başlayır “Photoshop”da şəkil düzəltməyə. Eyvanı “28 May” metrosuna baxanlar da bir anlıq şoka düşürlər ki, “qaqaş, nətər oldu, mən eyvanımdan bunu görmədim, sən Almaniyada, oturub Əli Kərimlinin başını o fotoya pərçim edib paylaşırsan”.  

Pulu yeyəndə bir az “qramontı” ye də. Keç 50 avrodan, “daha yaxşı pərçim” edən dizaynerə hörmət elə, babat kollaj yığsın da. İzdiham da daha inandırıcı olsun. Yoxsa ki, eyni xaladan 50 dənə alınıb. Yaxşı ki, “yalançı fotoda” izdihamı “copy-paste” edəndə camaatı qış paltarında düz-qoş etməyib. Bayraqlar da elə bil, bir az çox olub. Kompozisiyada ümumi ahəng və üslub yoxdur. Əli Kərimlinin də boynu əyri qalıb. Mən olsam, bir az da əl gəzdirərdim. Baxma, pulu yeyəndə də vicdanla yemək lazımdır. Bir də sosial şəbəkələrdə belə yalançı fotoları yayanda camaatı “eşşək” yerinə qoymaq lazım deyil. Heç kim kor deyil. Yeri gəlmişkən, bu ay “çörək kartoçkalarını” azaltsalar, təəccüblənmə.  

Sirk  

Uşaq olanda hamımız sirkə getmişik. Kəndirbazlar, “kloun”lar, odla oynayanlar və s. hamısından görmüşük. Dünənki həngamə də daha çox sirki xatırlatdı. Küçədə ürəyi gedən, nəfəsi kəsilən və s. truppa üzvləri, açığı pafosu bir az çox eləmişdilər. “Barıtı çox” idi. Yəni gələn dəfə qanunsuz mitinq və s. kimi yığıncaqlar edəndə daha səmimi rol oynayın. Yəni heç inandırıcı gəlmədi. Daha sizin sirkə pul verən olmayacaq. Klounların qanı qara, hoqqabazların gözü yaşlı.  

Bəxtiyarın metodikası

Hə, bu nə metodika belə? Deyim də. “Mən Bəxtiyaram və burada Kanadada hər şey əladır”. Təbii ki, onun kimi tüfeylilər orada “qaçqın” kimi dövlətdən pul alır və yaşayır. Əlavə çak-çuk edir. Oranın vətəndaşı kimi çalışıb işləsə, vergi ödəsə, monitorun üzünə həsrət qalacaq. Bütün günü xəstə eqosunu “mən siyasi fəalam” kimi fikirlərlə yedirtməyə zamanı olmayacaq. Monitor arxasına keçib çəkdirdiyi fotolarla qohum-qardaşı cırnadıb “atam, bura cənnətdir, siz də gəlin” yazmağa vaxtı qalmayacaq. Çıxın meydanlara, mən sizə yol göstərirəm, söz deyirəm və s. kimi çağırışlar da etməyəcək. O biri tərəfdən də Bəxtiyar da belə çörək qazanır da, yanına apardığı hər “siyasi fəaldan” yaxşı “dolya” alır. İndi deyəcəksiz ki, bəs bu “bəxtiyarlar” Kanadanın, Almaniyanın nəyinə lazımdır?  

“Rasxoda verəcəklər”, atam. Vaxtı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri