20 
Okt
2019
20:12
22
197
3664
Virtual karabakh

Şirvan su kanalında batan şəxsin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri