21 
Okt
2019
14:04
15
151
1831
Virtual karabakh

“Topaz” tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti olan “Topaz” yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib.

“Topaz” bildirib ki, sistem texnologiyalarının müvəqqəti nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanıb. Onlar operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb olublar. 

Məsələyə aydınlıq gətirmək üçün “Topaz” hər hansı bir texniki qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü təsdiq edir. 

Bunu “Caspiantech” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ruslan Ağayev bildirib.

“Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur, o üzdən “Topaz” narahatlıq üçün heç bir səbəb olmadığına və bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir. 

Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər manual şəkildə dəyərləndiriləcək və mərc oyunları qaydalarına əsasən bütün uduşlar ödəniləcək”. 

“Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

“Caspiantech” QSC (daha öncə “Azərinteltek” QSC olmuşdur) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

“TOPAZ” markası yarandığı dövrdən bu zamanadək bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri