21 
Okt
2019
15:15
54
598
4744
Virtual karabakh

Polis polkovniki: Əli Kərimli ölkədəki vəziyyəti süni şəkildə gərginləşdirir

21 Okt, 2019
15:15
4744

Polis polkovniki: Əli Kərimli ölkədəki vəziyyəti süni şəkildə gərginləşdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Öz mövqeyini təfərrüatı ilə açıqlamaq və ölkə rəhbərliyi ilə mülki tələbləri müzakirə etmək əvəzinə, AXCP sədri Əli Kərimli respublikadakı vəziyyəti gərginləşdirməyə çalışaraq, gənclərlə polisləri toqquşdurub.

Bu fikirləri Oxu.Az-a açıqlamasında ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev Bakıda baş tutan razılaşdırılmamış mitinqi şərh edərkən deyib. 

“Azərbaycan Konstitusiyasına görə, hər kəsin sərbəst toplaşmaq hüququ var. Heç kim vətəndaşları bu hüquqdan məhrum edə bilməz, lakin eyni zamanda, bu hüquqdan sui-istifadə edilə bilməz. Bu, mütləq bir hüquq deyil, burada incəlik var. Əgər ölkədə sabitlik təmin edilirsə, vətəndaşlar və diplomatik korpuslar yaranmış vəziyyətdən razıdırlarsa və demokratik islahatlar aparılırsa, bu, ölkənin inkişaf etdiyini göstərir.

Uzunmüddətli milli proqramlar qəbul edilib, vətəndaşların təhlükəsizliyi təmin edilib. Əhalinin polisə inam baxımından Azərbaycan MDB ölkələri arasında lider mövqe tutur. Bu vəziyyətdə narazı qalacağımız bir səbəb yoxdur, qarışıqlıq yaratmağa mənəvi haqqımız yoxdur”, - Ş.Əliyev bildirib. 

O qeyd edib ki, polis ictimai təhlükəsizliyi təmin edən sistemdir:

“Daxili işlər orqanlarının səlahiyyətlərinə xələl gəlməməlidir. Əgər Əli Kərimli özünü uzaqgörən siyasətçi hesab edirsə, heç olmasa, icazəsiz hərəkətin bütün nəticələrini, o cümlədən, insanların polisə qarşı aqressiv münasibətini görməlidir. Və əgər bunu başa düşübsə, onda onun əsas məqsədi vəziyyəti süni şəkildə gərginləşdirmək, xaos yaratmaq və sabitliyi pozmaq idi. Dünən hakimiyyəti əlində saxlaya bilməyənlər bu gün ölkə rəhbərliyinə qarşı çıxırlar? Bu, absurddur”.

Ş.Əliyev son illər ərzində ölkədə aparılan işlərə diqqət yetirib:

“Davam edən sosial proqramlara baxın - maaşlar, pensiyalar, sosial müavinətlər artır. Aztəminatlı ailələrə yardım genişlənir. Bu göstəricilər baxımından Azərbaycan MDB ölkələri arasında yaxşı nəticələr əldə edib. Bu islahatlara qarışmamalıyıq.

Sadəcə, bəziləri məğlubiyyətlərini qəbul edə bilmirlər. Bütün bunlar dövləti dünya birliyinin gözü qarşısında alçaltmaq üçün edilir”, - o qeyd edib. 

Ş.Əliyev bildirib ki, ağıllı insanlar sabitliyi müdafiə edirlər. Ölkədəki iğtişaşlara qarşıdırlar.

“Hər bir vətəndaş dövlətin iqtisadi inkişaf yolundakı səylərini qiymətləndirməlidir. Dövlət və biz birik. Dövlət başçısının və komandasının siyasi kursunu dəstəkləyirik”, - müsahibimiz əlavə edib. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri