21 
Okt
2019
17:54
12
226
3620
Virtual karabakh

Bu il ölkədə 524 şəxs İİV-ə yoluxub

21 Okt, 2019
17:54
3620

Bu il ölkədə 524 şəxs İİV-ə yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin ilk doqquz ayı ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə (insanda immunçatışmazlığı virusu) yoluxub.

Oxu.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb. 

Komissiyada daimi fəaliyyət göstərən İşçi Qrupunun araşdırmasına görə, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Azərbaycan vətəndaşları arasında 2019-cu ilin yanvar-sentyabr ayları ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri