22 
Okt
2019
13:00
129
51
2995
Virtual karabakh

Maxi.az dükanlar şəbəkəsi növbəti xeyriyyə aksiyası keçirilib - FOTO/VİDEO

22 Okt, 2019
13:00
2995

Maxi.az dükanlar şəbəkəsi növbəti xeyriyyə aksiyası keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bizlərdən bir çoxları küçədə kimsəsiz itlərə rast gəlib. Kimlərsə yan keçib, kimsə itlərə bir qədər yem və ya su verib... İnsanların dəstəyi olmadan, heyvanlara qarşı insani münasibəti hiss etmədən, kimsəsiz heyvanların problemi heç vaxt həll oluna bilməz. Hər birimizin dəstəyi vacibdir.

Xoşbəxtlikdən, hələ də öz təşəbbüsü və öz vəsaiti hesabına evsiz və kimsəsiz heyvanlar üçün sığınacaqlar açan və sonra onlara qayğı ilə baxan və ev heyvanlarının etimadını qazanan insanlar var.

Belə sığınacaqlardan biri də iki incəqəlbli qadın - Nigar Quliyeva və Nigar Babaeva tərəfindən açılmış Dog House kimsəsiz heyvanlar üçün sığınacaqdır. Bu insanlar heyvanlar üçün əllərindən gələni edir - qış üçün mühasirələrin qurulması, davamlı peyvəndləmə, itlərin saxlanması, qidalandırılması.

Amma yenə də müxtəlif növ yardım – könüllü yardım: təmizlik işləri, heyvanların gəzdirilməsi, maliyyə yardımı: daim qida, dərman və s. kimi kömək və xərclərə ehtiyac var.  

MAXİ.AZ bu sığınacağa dəstək olmaq qərarına gəldi və Dog House üçün  kömək məqsədilə bir xeyriyyə aksiyası keçirdi.

Şirkət işçiləri tərəfindən dərman vasitələri, itlər üçün yem, isti döşək, örtük və digər əşyalar gətirilmişdir. Ən əsası isə, qısa zamanlıq olsa da, itlərə istilik və qayğı göstərildi.

Qeyd etmək istərdik ki, Maxi.az tərəfdən xeyriyyə tədbirinin keçirməsi ilk dəfə deyil, və şirkət bu cür sosial layihələri davam etdirməyi planlaşdırır.

Bəs siz nə cür faydalı ola bilərsiniz?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri