22 
Okt
2019
13:20
38
227
8367
yuxarı
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
22 Okt, 2019
13:20
8367
38
227
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib.
Oxu.Az-ın xəbərinə görə, birinci vitse-spiker deyib ki, bütün millət vəkillərinin çıxışları, səsləri Milli Məclisin iclasında yazılır.
“Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu, sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır.
Həm də deyir ki, müxalifət iqtidarı ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki?”
Z.Əsgərovun sözlərinə görə, Fazil Mustafa o deputatlardandır ki, televiziyaların efirindədir.
“Bütün günü sosial şəbəkələrdədir”, - deyə o əlavə edib.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
18 
Apr
2024
23:56
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
2
6
104
18 
Apr
2024
23:00
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq” - VİDEO
9
38
521