22 
Okt
2019
13:45
235
44
3897
Virtual karabakh

Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı

22 Okt, 2019
13:45
3897

Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclis olaraq Prezidentə dəstək olmalıyıq ki, büdcə ilə bağlı şişirdilmiş rəqəmlər təqdim olunmasın. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Hesablama Palatası hansı obyektə nə qədər vəsait ayrılması ilə bağlı rəqəmləri təqdim etmir. 

Q.Həsənquliyev əlavə edib ki, Nazirlər Kabineti büdcə ilə bağlı məlumatları Milli Məclisə verərkən parlament buna diqqətlə baxmalıdır. 

“Əgər orada lazımi rəqəmlər yoxdursa, sənədi geri qaytarmalıyıq”. 

Qeyd edək ki, oktyabrın 15-də Prezident yanında keçirilən müşavirədə ölkə başçısı büdcə ilə bağlı şişirdilmiş rəqəmlərdən danışıb. 

“Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər?

Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər.

O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”, - deyə Prezident qeyd edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri