22 
Okt
2019
23:30
16
155
6716
Virtual karabakh

Bakıda kütləvi dava: bir nəfər xəstəxanalıq oldu

22 Okt, 2019
23:30
6716

Bakıda kütləvi dava: bir nəfər xəstəxanalıq oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.  

Oxu.Az xəbər verir ki, hadisə B.Çobanzadə küçəsində, “Oskar” restoranının yaxınlığında yerləşən tikintidə baş verib.  

Belə ki, Elgiz və Səxavət adlı şəxslər, eləcə də, başqa 2 nəfər 1985-ci il təvəllüdlü Göyüşov Coşqun Ağalar oğlu ilə mübahisə edib.  

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı C.Göyüşov döyülərək xəsarət alıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona bədənin və başın küt travması, qolun və ayaqların əzilmiş yarası diaqnozu qoyulub.  

İlkin məlumata görə, C.Göyüşovla digər şəxslər arasında pul üstündə mübahisə yaranıb. Nəticədə dava baş verib.  

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri