23 
Okt
2019
03:09
11
147
5980
Virtual karabakh

Sərxoş sürücü tuneldə qəza törətdi – FOTO/VİDEO

23 Okt, 2019
03:09
5980

Sərxoş sürücü tuneldə qəza törətdi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.

Təbriz Cəfərlinin idarə etdiyi “90-VH-161” dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq “Bağırov körpüsü” kimi tanınan tunelin arakəsmələrinə çırpılıb. 

Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü İbrahimov Kənan Şakir oğlu xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP-inn, eləcə də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Qəzanı törədən sürücü saxlanılıb. Məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri