29 
Okt
2019
12:48
40
164
5857
Virtual karabakh

“Karolina Valiant”dan şəhərin mərkəzində möhtəşəm açılış - FOTO/VİDEO

29 Okt, 2019
12:48
5857

“Karolina Valiant”dan şəhərin mərkəzində möhtəşəm açılış - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 26-da Azərbaycanın tanınmış multibrend xəz butiki olan Karolina Valiantın yeni mağazasının açılış mərasimi olub.

Bakı şəhərinin mərkəzində, Dəniz Vağzalı ilə üzbəüz, Puşkin küçəsi 674 (JW Marriott Absheron hotelinin 1-ci mərtəbəsi) ünvanında yerləşən yeni mağazada alıcıların daha rahat alış-veriş etmələri üçün bütün imkanlar yardılıb. Mağazada keyfiyyətli, ən müasir xəz məhsulları təqdim edilir.

Möhtəşəm açılış mərasimində, ölkənin tanınmış ulduzları, məhşur simaları - aparıcılar Zaur və Günay Baxşəliyevlər, Nərgiz Cəlilova, Kamilə Babayeva, Zümrüd Bədəlova, ifaçılardan Teymur Əmrah, Günay İbrahimli, Sevda Yəhyayeva, aktrisa Vəfa Zeynalova, stilistlər Elnur Həsənov, Syama və başqaları iştirak ediblər. Qonaqlar mağazanı bəyəndiklərini deyiblər, rəhbərliyə uğurlar arzulayıblar.  

“Karolina Valiant”ın xəz həvəskarları üçün yaratdığı bu məkana addım atdığınız andan özünüzü fərqli və özəl hiss edəcəksiniz. “Karolina Valiant” xəz həvəskarı olan xanımların unudulmaz məkanıdır. Yeni mağazada xanımlar üçün həyatlarını rəngləndirmək, özlərini dəbdəbənin mərkəzində hiss etmələri üçün bütün şərait var.

Yeni mağazada təqdim olunan modellər fərqli tərzlərdə, müxtəlif üslubdadır, bu səbəbdən də xanımlar “Karolina Valiant”da xəz seçimi edərkən çətinlik çəkməyəcəklər.

Qeyd edək ki, “Karolina Valiant” multibrend xəz butiki olaraq “Braschi”, “Rindi Furs”, “Alessandro Bosso”, “Langiotti”, “Mala Mati Furs”, “Gianfranco Ferre Furs”, “Manzari İnternational”, “Lacompel”, “Ciolini Furs”, “Unifurs” kimi Avropa xəz brendlərinin Azərbaycanda rəsmi satış nümayəndəsidir.

On ildən artıqdır Azərbaycan və Rusiya bazarına yüksək keyfiyyətli məhsullar təqdim edən Karolina Valiant dəri və xəzdən hazırlanmış aksesuarlar, qadın və kişi geyimlərinin yüksək zövqlə təqdim olunduğu məkandır. Burada İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiya, Türkiyə fabriklərində istehsal olunan keyfiyyətli təbii kürk və dəri məhsulları təqdim edilir.

Mağaza meneceri Elnur Həsənovun sözlərinə görə, “Karolina Valiant”ın satış hədəfi hər zaman yüksək keyfiyyətli xidmətə əsaslanır: “Satış məsləhətçiləri təqdim olunan məhsulları öz müştərilərinə təqdim etməklə yanaşı, hər bir fərdi alıcı üçün doğru modeli seçməkdə kömək edirlər.

Yeni mağazamızda da hər zaman dünyanın məşhur sərgilərində nümayiş olunan yeni xəz məhsulları ilə xanımlarımızı sevindirəcəyik. Düşünürük ki, bu yeni mağazamızın şəhərin mərkəzində, əlverişli məkanda yerləşməsi isə xanımlarımızın işini daha da asanlaşdırdı”.

Karolina Valiant kolleksiyalarında, yalnız təbii kürklər və dəri istifadə olunur, bu məhsullar gözəlliyi ilə yanaşı, həm də istilik və rahatlığı təmin edir.

Siz də hər zaman fərqli görünmək istəyirsinizsə bu əsrarəngiz xəz geyimlərini əldə etməyə tələsin.

Ünvanlar: Puşkin küçəsi 674 (JW Marriott Absheron otelinin 1-ci mərtəbəsi) və Binə Ticarət Mərkəzi-Univermaq

Bundan başqa, kampaniyalar barədə ən son məlumatları “Instagram” və “Facebook” səhifələrində izləyə bilərsiniz.

012 446 90 90

050 365 77 77 (whatsapp)

070 365 77 77 (whatsapp)

“Karolina Valiant” – “Sən hər zaman yüksəkdəsən”!

www.instagram.com/karolinavaliant

www.facebook.com/KarolinaValiant

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri