Noy
2019
11:30
20
221
8609
Virtual karabakh

Quba yolundakı qəzada ölənlərin sonuncusu da bəlli oldu, yaralılardan biri Bakıya gətirildi

3 Noy, 2019
11:30
8609

Quba yolundakı qəzada ölənlərin sonuncusu da bəlli oldu, yaralılardan biri Bakıya gətirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolundakı qəzada ölənlərin sonuncusunun da adı dəqiqləşib, yaralılardan isə birinin vəziyyəti ağırlaşıb.  

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəzada dünyasını dəyişən qadınlardan sonuncusu Xaçmaz şəhər sakini, 35 yaşlı Günay Vəliyevadır.  

Müxtəlif xəsarətlərlə Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılardan Mehriban Vəliyevanın nəvəsi Sevgi Vəliyevanın vəziyyəti isə ağırlaşıb. 

O, Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. 

Qeyd edək ki, noyabrın 1-də Bakı-Quba magistralında “Mercedes” markalı minik avtomobili ilə “Lada” markalı nəqliyyat vasitəsi toqquşub.   

Qəza zamanı 5 nəfər ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri