Noy
2019
14:15
20
186
3226
Virtual karabakh

Cəlilabad sakini yeniyetməni Lənkəranda maşın vurdu, sürücü qaçdı

3 Noy, 2019
14:15
3226

Cəlilabad sakini yeniyetməni Lənkəranda maşın vurdu, sürücü qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda yeniyetməni naməlum avtomobil vurub.  

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.  

Cəlilabad rayonu Seyidbazar kənd sakini, 14 yaşlı Mirzəyev Adəm Ağahüseyn oğlu naməlum avtomobil tərəfindən vurulub.  

Sürücü yeniyetməni köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb.  

Yaxınlıqdakıların köməyi ilə A.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Vəziyyəti ağır olduğu üçün onu Bakıdakı xəstəxanalarından birinə göndəriblər.  

Hələlik kimliyi açıqlanmayan sürücünün saxlanıldığı bildirilir.  

Aldığımız məlumata gorə, A.Mirzəyəv Cəlilabaddan Lənkərana idman yarışına görə gəlibmiş.  

Faktla bağlı araşdırma aparılır.  

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri