Noy
2019
21:11
15
182
4665
Virtual karabakh

Şamaxıda avtomobil aşdı, sürücü öldü - FOTO

3 Noy, 2019
21:11
4665

Şamaxıda avtomobil aşdı, sürücü öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Muğanlı-İsmayıllı avtomobil yolunda avtomobil qəzası qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü Şamaxı şəhər sakini 1989-cu il təvəllüdlü Kərimov Eldəniz Hidayət oğlu idaretməni itirib. Nəticədə avtomobil aşıb.

Sürücü təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Sürücünün avtomobildə tək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri