Noy
2019
11:25
67
60
3568
Virtual karabakh

Gürcüstana qanunsuz yolla keçmək istəyən səkkiz azərbaycanlı saxlanıldı - FOTO

5 Noy, 2019
11:25
3568

Gürcüstana qanunsuz yolla keçmək istəyən səkkiz azərbaycanlı saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən Sadıxlı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozma­ğa cəhd edən səkkiz nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il tə­vəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mə­di­nə Aslan qızı və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri