Noy
2019
11:50
8
68
2759
Virtual karabakh

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı şikayətini geri götürdü

5 Noy, 2019
11:50
2759

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı şikayətini geri götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanovun kassasiya şikayəti üzrə iclas keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qeyd edilib ki, E.Qurbanov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. 

Ali Məhkəmə onun müraciətini təmin edib. 

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, E.Qurbanov 2018-ci il fevralın 21-də Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

O, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib. 

Belə ki, E.Qurbanov bir neçə qohumu ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyiblər. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Qurbanov apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, E.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri