Noy
2019
20:25
13
148
5465
Virtual karabakh

Kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO

Noyabr ayı olsa da, kirayə mənzil bazarında hələ də payızın əvvəllərində olan vəziyyət hökm sürür.  

Yəni qiymətlər yüksək olaraq qalmaqdadır. Buna görə də mənzil axtarışında olanlar uyğun qiymətə kirayə ev tapa bilmir.  

Kirayə mənzil bazarında ev axtarışına çıxanlar məyus qayıdır. Xüsusilə də tələbələr bu məsələdə çətinlik çəkir. Dərslərin bir neçə aydır ki, başlamasına baxmayaraq, onlar hələ də öz ciblərinə uyğun  ev tapa bilmirlər.  

Ekspertlər də təsdiq edir ki, kirayə mənzillərin qiymətində enmə müşahidə olunmur. Yaxın zamanda da ucuzlaşma gözlənilmir.  

Kirayə evlərin qiyməti şəhərin mərkəzində adətən 300-400 manat arasında dəyişir, bu da nəinki bölgələrdən paytaxta üz tutan tələbələrin, həm də ailəvi yaşamaq istəyənlərin ciblərinə uyğun deyil.  

Ekspertlərin fikrincə, ölkəyə turist axınının artması kirayə mənzil bazarındakı qiymətlərə da təsir edir.  Turistlərin sayının artması ölkə üçün nə qədər yaxşı olsa da, yataqxanaların sayının az olduğu bir şəhərdə tələbələrin ev tapmaması bir o qədər də pis haldır.

İlhamə Kələyeva, Firdovsi Mərdanov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri