Noy
2019
00:26
5
90
2421
Virtual karabakh

Bakıda iki ayrı qəzada iki nəfər yaralandı

6 Noy, 2019
00:26
2421

Bakıda iki ayrı qəzada iki nəfər yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai və Sabunçu rayonlarında baş verən yol-nəqliyyat hadisələrində iki nəfər yaralanıb. 

Oxu.Az xəbər verir ki, hadisələrdən ilki Əhmədli qəsəbəsində qeydə alınıb.  

“Bizim market”in yaxınlığında minik avtomobili yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Əhmədov Sənan Sumbat oğlunu vurub.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.  

Analoji hadisə Sabunçu rayonunda baş verib. Maştağa qəsəbəsində minik avtomobili 1954-cü il təvəllüdlü Babayev Rafael Qurbanəli oğlunu vuraraq ağır xəsarət yetirib.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.  

Hər iki faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri