Noy
2019
09:28
11
133
3568
Virtual karabakh

İki övladı ilə “Megafun”a gedən ana yoxa çıxdı

6 Noy, 2019
09:28
3568

İki övladı ilə “Megafun”a gedən ana yoxa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ana övladları ilə birlikdə itkin düşüb. 

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 

Şəhər sakini, 27 yaşlı Əlizadə Lamiyə Allahverən qızı doqquz yaşlı oğlu Emil Məmişov və qızı, altı yaşlı Günay Məmişova ilə birlikdə oktyabrın 24-də “Megafun” Əyləncə Mərkəzinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. 

L.Əlizadə əyləncə mərkəzindən Nərimanov rayonu ərazisində yaşayan bacısıgilə gedəcəyini bildirsə də, həmin ünvana getməyib. 

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri