Noy
2019
09:48
57
25
2566
Virtual karabakh

“Maxi.az” “Sabah” Futbol Akademiyasının titul sponsoru oldu - FOTO / VİDEO

6 Noy, 2019
09:48
2566

“Maxi.az” “Sabah” Futbol Akademiyasının titul sponsoru oldu - FOTO / VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” FK ilə “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsi bağlanıb. Əməkdaşlıq əsasən “Sabah” Futbol Akademiyasını əhatə edəcək.

Əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

Bu il “Maxi.az” şirkəti müxtəlif sahələri əhatə edən sosial layihələrə başlayıb.

Bu layihələr kimsəsiz və yardıma möhtac uşaqların qayğısına qalmaq, sahibsiz heyvanlara yardım, xəstələrə könüllü donorluq, vətənpərvərlik hissinin gücləndirilməsi, həmçinin Vətən uğrunda fədəkarlıq etmiş qəhrəmanların təbliğini əhatə edib.

“Maxi.az” şirkətinin direktoru İlkin Qasımov “Sabah” FK ilə əməkdaşlığın “Maxi.az” komandasının bu istiqamətdə fəaliyyətinin məntiqi davamı olduğunu bildirib: 

“Bu əməkdaşlıqda əsas diqqət uşaq futbol akademiyasına yönələcək. İdmanın istənilən sahəsində, həmçinin futbolda gənc kadrların hazırlanması ən mühüm məsələlərdən biridir.

Hesab edirik ki, gənc kadrların hazırlanması ölkəni təmsil edən hər bir futbol klubunun gələcək müvəffəqiyyətlərinin təməlini təşkil edir. “Maxi.az” ölkə futbolunun inkişafına dəstək vermək, həmçinin böyük kütləni əhatə edən futbol vasitəsilə sosial layihələrini daha da genişləndirmək məqsədilə “Sabah” FK ilə əməkdaşlığa başlayır.”

“Sabah” Futbol Klubunun prezidenti Maqsud Adıgözəlov uşaq futboluna edilən yatırımların əhəmiyyətindən bəhs edib:

“Futbolun inkişafı uşaq futbolundan başlayır. “Sabah” FK da yarandığı ilk gündən uşaq futbolunun inkişafı üçün çalışıb. Bizim əsas missiyamız futbol akademiyamızı müasir standartlara uyğun hala gətirmək və gələcəkdə ölkə futboluna yeni istedadlar bəxş etməkdir. 

Bir müddət öncə Xorvatiyanın ən böyük futbol akademiyasına malik, dünya futboluna bir çox istedadlar bəxş etmiş “Dinamo Zaqreb”lə əməkdaşlıq müqaviləsinin bağlanması da məhz bu məqsəd uğrunda atılmış növbəti addımdır. Müasir dövrdə futbolun inkişafı sponsorlar olmadan mümkün deyil. Hazırda “Sabah” FK öz sahəsində tanınmış bir neçə şirkətlə əməkdaşlıq edir.

Artıq bu tərəfdaşlarımızın sırasına yeni biri də əlavə olunur. İnanıram ki, bu əməkdaşlıq ölkədə uşaq futbolunun inkişafında yeni təkan olacaq. Bu yolda bizə dəstək olan “Maxi.az”a öz təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, müqavilənin müddəti 2019/20-ci il futbol mövsümünü əhatə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri