Noy
2019
03:13
71
30
4589
Virtual karabakh

Səfirlik Rusiyada yaralanan həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı - SİYAHI

9 Noy, 2019
03:13
4589

Səfirlik Rusiyada yaralanan həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, cari ilin 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, səfirliyə bu haqda məlumat daxil olan kimi, dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya Xarici İşlər nazirliyinin Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılılıb:

“Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (siyahı əlavə olunur). Onlardan iki nəfər: Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrinə yerləşdirilib və həkim nəzarətindədirlər.

Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə Səfirliyə məlumat verilməsi xahiş edilib.

Bildiririk ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi Səfirliyin diqqət mərkəzindədir”. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri