Noy
2019
09:11
22
249
11080
Virtual karabakh

Şərqi Azərbaycan vilayətində güclü zəlzələ: Ölən və yaralılar var - YENİLƏNİB + FOTO

8 Noy, 2019
09:11
11080

Şərqi Azərbaycan vilayətində güclü zəlzələ: Ölən və yaralılar var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb. 

Bununla bağlı “Press TV” məlumat yayıb. 

Məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı beşə, yaralıların sayı 120-yə çatıb. 

Şərqi Azərbaycan böhran mərkəzinin rəhbəri Mohammad Baker Xonar bildirib ki, zəlzələ bölgəsinə səkkiz xilasetmə briqadası göndərilib.

07:12

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

Press TV” xəbər verir ki, təbii fəlakət nəticəsində dörd nəfər ölüb, 70 nəfər isə yaralanıb.

5,9 bal gücündə zəlzələ Bakı vaxtı ilə 02:47-də Təbrizdən 156 kilometr aralıqda qeydə alınıb.

Avropa seysmoloqlarının bildirdiyinə görə, zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri