Noy
2019
09:06
6
91
1764
Virtual karabakh

Hacıqabulda minik maşınları toqquşdu, ər-arvad xəsarət aldı

8 Noy, 2019
09:06
1764

Hacıqabulda minik maşınları toqquşdu, ər-arvad xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobil başqa minik maşını ilə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri