Noy
2019
11:19
20
81
3454
Virtual karabakh

Azərbaycanda yeraltı təkanlar davam edir - AÇIQLAMA

8 Noy, 2019
11:19
3454

Azərbaycanda yeraltı təkanlar davam edir - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınır.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, İranda olan güclü zəlzələdən sonra sərhəd ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır.

Onun sözlərinə görə, hazırda xırda təkanlar qeydə alınır:

“Həmin təkanlar zəifdir. Onların Azərbaycan üçün təhlükəsi yoxdur”.

Qeyd edək ki, bu gecə yerli vaxtla 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ zamanı 120 nəfər xəsarət alıb, beş nəfər həyatını itirib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub. Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı iki kilometr dərinlikdə yerləşib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri