Noy
2019
12:53
310
16
4860
Virtual karabakh

Bu içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağan edildi - RƏSMİ

8 Noy, 2019
12:53
4860

Bu içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağan edildi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, 2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minəcək.

AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək.

Tərkibində karbohidratların kütlə payı isə 11 faizdən artıq olmayacaq.

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Enerji içkilərinin etiketlərində “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri