Noy
2019
14:17
39
26
1669
Virtual karabakh

Xaricilərin ölkəmizə gəlməsi üçün kvota Nazirlər Kabinetinə təqdim edilib - RƏSMİ

8 Noy, 2019
14:17
1669

Xaricilərin ölkəmizə gəlməsi üçün kvota Nazirlər Kabinetinə təqdim edilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il üçün xaricilərin Azərbaycanda işə cəlb olunması ilə bağlı kvotanın Nazirlər Kabineti tərəfindən təsdiqi gözlənirilir.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təklifdə 6725 nəfər nəzərdə tutulub. Amma hələlik rəqəm təsdiqlənməyib:

“Biz kvotaları müəyyən edərkən işəgötürənlərlə daha sıx əməkdaşlıq edirik. Burada çox ciddi nəzarət var ki, o ixtisaslar seçilsin ki, ölkəmizdə olan işçi qüvvəsi hesabına həmin şəxsləri təmin edə bilmirik”.

“Çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər ölkəmizə gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarına imkanları hesabına biz tələbatı ödəyirik”, - deyə nazir müavini qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri