Noy
2019
23:50
52
43
3584
Virtual karabakh

Xirosima şəhəri, yoxsa məcburi köçkünlərin yaşayış məskəni? - VİDEO

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən maşınqayırma zavodunun pansionatı İkinci dünya müharibəsindən sonrakı Xirosima şəhərini xatırladır. Burada 20 məcburi köçkün ailəsi yaşayır. İş o, yerə gəlib ki, sakinlər küləkli havalarda evin içində oturmağa qorxurlar. Onların sözlərinə görə, hər an burada təhlükəli hadisə ola bilər.

Gördüyümüz kadrlardan sonra əlavə şərhə ehtiyac olmadığını düşünərək, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı məsələ Dövlət Komitəsinin nəzarətindədir. Bu köçkün ailələri ilə bağlı məsələ araşdırılır, yaxın günlərdə onlarla bağlı qərar veriləcək.

Ümid edirik ki, sakinlər bu qışı yəni evlərində keçirə biləcəklər.

Sail Ağasəlim 

Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri