Noy
2019
14:25
28
371
5654
Virtual karabakh

Şərqi Azərbaycandakı zəlzələ nəticəsində 500-dən çox insan xəsarət alıb - FOTO

9 Noy, 2019
14:25
5654

Şərqi Azərbaycandakı zəlzələ nəticəsində 500-dən çox insan xəsarət alıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən gecə saatlarında İranın şimal-qərbində baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb. 

Bununla bağlı IRNA agentliyi məlumat yayıb. 

Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb. 

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 156 kilometr aralıqda yerləşib. İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri