10 
Noy
2019
11:12
44
194
9078
yuxarı
Nyu-York-Bakı təyyarəsi Gəncədə məcburi eniş edib
10 Noy, 2019
11:12
9078
44
194
Nyu-York-Bakı təyyarəsi Gəncədə məcburi eniş edib
Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.
AZAL bildirir ki, “Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.
Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilmiş, yemək və içkilərlə təmin olunublar.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.
Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
25 
Apr
2024
17:02
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17
47
855
25 
Apr
2024
14:32
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
97
10
3846