10 
Noy
2019
19:00
27
253
9981
Virtual karabakh

Goranboydakı ağır qəzada yaralananların adları bəlli oldu - YENİLƏNİB+FOTO

10 Noy, 2019
19:00
9981

Goranboydakı ağır qəzada yaralananların adları bəlli oldu - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda baş verən avtomobil qəzası zamanı xəsarət alanlardan beşinin adları məlum olub.  

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bunlar 1990-cı il təvəllüdlü Məmmədov Hüseyn Nizami oğlu, 1983-cü il təvəllüdlü Məmmədova İlhamə Nizami qızı, 1988-ci il təvəllüdlü Əliyev Elnur Nəriman oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Tamam Məmməd qızı və 1957-ci il təvəllüdlü Məmmədova Svetlana Yadulla qızıdır. 

 

18:05

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli şəhəri istiqamətindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 99 FA 111 dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn 99 BA 861 dövlət nömrə nişanlı “VAZ 21 011” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ 21 011” markalı avtomobildə olan 3 sərnişin ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə zamanı daha üç nəfərin də xəsarət aldığı deyilir. 

İlkin məlumata görə qəzaya “VAZ 21 011” markalı avtomobilin qəfildən “Hundai” markalı maşının qarşısına çıxması səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri