10 
Noy
2019
20:40
144
89
4373
Virtual karabakh

Parlament jurnalistləri dörd rayonda bayraq payladı – FOTO

10 Noy, 2019
20:40
4373

Parlament jurnalistləri dörd rayonda bayraq payladı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Milli Məclisdən akkreditasiyadan keçən jurnalistlər Bərdə, Ağdam, Tərtər və Goranboya səfər ediblər.  

Oxu.Az-ın məlumatına görə, Parlament Jurnalistləri Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutan səfərdə sözügedən rayonların sakinlərinə bayraqlar paylanılıb.  

Jurnalistlərin ilk dayanacağı Bərdə olub. Burada bayraqlar paylanıldıqdan sonra təbliğatın aparılması üçün növbəti ünvan Ağdamın Quzanlı qəsəbəsi və İmamqulubəyli kəndi olub.  

Burada əhali bayrağa böyük sevgi və sayğı ilə yanaşdıqlarını deyiblər.  

Parlament jurnalistləri daha sonra Tərtərə yollanıblar. Bu rayonda sakinlərin Azərbaycan bayrağına dərin sevgisi müşahidə edilib.  

Sonuncu dayanacaq isə Goranboy olub. Goranboy sakinləri də paylanılan bayraqları alıblar, onlar dövlətimizin rəmzinə sonsuz sevgilərini ifadə ediblər.  

Aqşin Kərimov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri