11 
Noy
2019
10:40
12
210
7865
Virtual karabakh

Maşınları toqquşduğu üçün sürücünü öldürdü - Gəncədə dəhşətli qətlin təfərrüatı

11 Noy, 2019
10:40
7865

Maşınları toqquşduğu üçün sürücünü öldürdü - Gəncədə dəhşətli qətlin təfərrüatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qətl gecə saatlarında iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində baş verib.

Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər aralarında yaranan mübahisəni həll edə bilməyiblər.

Mübahisənin davamı olaraq onlar gecə saat 01 radələrində maşın bazarı adlanan ərazidə görüşüblər. Görüş zamanı N.Dajban M.Əliyevi maşınında saxladığı bıçaqla ürək nahiyəsindən bıçaqlayıb. 

M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən D.Nicat saxlanılıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri