11 
Noy
2019
15:14
267
62
15798
Virtual karabakh

Azərbaycanda darıxan ərəblər hotelə “sevgili” gətirdilər, kömək üçün polisə müraciət etməli oldular

11 Noy, 2019
15:14
15798

Azərbaycanda darıxan ərəblər hotelə “sevgili” gətirdilər, kömək üçün polisə müraciət etməli oldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ərəb turistlər yenə seks-sənaye təmsilçiləri tərəfindən oğurluğa məruz qalıb.

Bu barədə Oxu.Az-a hüqüq-mühafizə orqanlarından məlumat daxil olub.

Küveyt və Pakistan vətəndaşları fahişə ilə münasibətdə olduqdan sonra kömək üçün polisə müraciət edib.

İlk hadisə noyabrın 9-u gecəsi Xətai rayonunda - “Boulevard Hotel Baku”da baş verib. 42 yaşlı Küveyt vətəndaşı Saal Baxb Əlkaxalid yad ölkədə darıxdığı üçün hotelə əylənməyə “sevgili” gətirib. Sonuncu turisti əyləndirəndən sonra vaxt tapıb hoteldən çıxıb. Bundan sonra ərəb pul qabında 300 manatın çatışmadığını görüb. O, qızın pulu oğurladığını təsdiq edib.

Oxşar hadisə eyni gecə Nəsimi rayonu Nizami küçəsində yerləşən yaşayış evində baş verib. 26 yaşlı Pakistan vətəndaşı Ullah İrfan İrsan Səbinə adlı qızın gəlişindən sonra, Əlkaxalid kimi, 300 manat itirib.

Faktla bağlı istintaq aparılsa da, hələlik heç kim həbs edilməyib.

Qeyd edək ki, Bakıda bu cür hadisələr, əsasən, ərəb turistlərin başına gəlir. Belə ki, sentyabr ayında Nərimanov rayonunda seks-sənaye təmsilçisi pakistanlını qarət edib. Sonuncu “Atlas” hoteldə şəxsi nömrəsinə iki qadını dəvət edib.

Səhər turist tualetdən çıxandan sonra qadınları otaqda tapmayıb. Qadınlar ona məxsus 1 300 dollar və 650 dirhəm (təxminən 300 manat) məbləğində pulu oğurlayaraq gizlənib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri