13 
Noy
2019
09:33
17
316
10011
Virtual karabakh

Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO

13 Noy, 2019
09:33
10011

Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə iki şəxsin yolu bağlayaraq hərəkətə süni maneələr yaratmasının əks olunduğu video yayılıb.  

Videogörüntülərdən məlum olur ki, yola zibil qutusu qoyulub. Şəxslər həmin yoldan insanların və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olmağa çalışır.

Yarıçılpaq kişi onlara etiraz edən qıza hücum edib. 

Daha sonra sərxoş olduğu ehtimal olunan şəxslər ətrafdakı vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə münasibət bildirib. 

İdarənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır:

“Videgörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Müvafiq rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri