13 
Noy
2019
13:40
26
107
3067
Virtual karabakh

Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi

13 Noy, 2019
13:40
3067

Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Enerqodar şəhərində Azərbaycan vətəndaşı yaşayış icazəsi almaq üçün Miqrasiya İdarəsinə müraciət edib.

Oxu.Az xəbər verir ki, azərbaycanlı sənəd qismində, sadəcə, Azərbaycandan aldığı doğum haqqında şəhadətnaməni təqdim edib və başqa sənədi olmadığını bildirib.

Onun 1981-ci ildə doğulmasına baxmayaraq, sənədin 1973-cü ilə aid olduğu müəyyən olunub.

Saxta sənəd istifadə etdiyinə görə Azərbaycan vətəndaşı cərimə ödəməyə məcbur edilib və Ukraynadan deportasiya olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri