15 
Noy
2019
13:27
42
227
3862
Virtual karabakh

Abşeronda iki dost 30 evi soydu - FOTO

15 Noy, 2019
13:27
3862

Abşeronda iki dost 30 evi soydu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda mənzilləri qarət edən iki dost saxlanılıb. 

Oxu.Az-ın məlumatına görə, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində Saray, Novxanı, Masazır, Mehdiabad, Digah, Məhəmmədi, Fatmayı və digər ərazilərdə oğurluq hadisəsi törədən iki dost - Orxan Paşazadə və Əhməd Savdumov tutulub.  

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər “Mercedes” markalı, 90 RG 257 dövlət nömrə nişanlı avtomobillə evlərin yaxınlığına gedərək, mənzilləri əvvəlcə nəzərdən keçiriblər. 

Sonra cinayət əməlində istifadə etdikləri soyuq silahlarla evlərə daxil olaraq oradan pul, qızıl, məişət avadanlıqları və sair əşyaları götürərək aradan çıxıblar.

Oğruların ümumilikdə 30-a yaxın evi qarət etdiyi məlum olub. Bütün faktlar toplanaraq, barələrində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri