15 
Noy
2019
13:49
13
54
2538
Virtual karabakh

Ali Məhkəmə sabiq direktorla bağlı qərar verdi

Ali Məhkəmədə “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. 

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil satıb.

Qeyd edək ki, T.Səlimov bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Onu da əlavə edək ki, eyni əmələ görə T.Səlimovun daha bir məhkəməsi keçirilib. O, bu dəfə dələduzluqda Məhəmməd Qafarov və Vaqif Əliyevlə birgə ittiham edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri